Moskvada daha bir dəhşət: Bıçaqlı şəxs əcnəbilərə hücum etdi - VİDEO

      Moskvada daha bir dəhşət:    Bıçaqlı şəxs əcnəbilərə hücum etdi    - VİDEO
  26 Mart 2024    Oxunub:1179
Rusiyanın Moskva vilayətində bıçaqlı şəxs kompüter klubuna soxularaq insanlara hücum edib.
"Shot" Telegram kanalının yaydığı məlumata görə, müəssisəyə quraşdırılmış müşahidə kamerası baş verənləri qeydə alıb.

Kadrlardan görünür ki, əlində bıçaq tutmuş şəxs klubun girişində dayanan gənclərə hücum edir, onlardan birinə bir neçə bıçaq zərbəsi vurur. Xəsarət alan şəxs onun əlindən qaça bilir.

Sonra həmin şəxs müəssisənin içindəki insanlara hücum edir. İlkin məlumatlara görə, hadisə nəticəsində üç nəfər yaralanıb. Cinayətkar əsasən qeyri-slavyan millətindən olanlara hücum edib.

Hücum edən şəxs saxlanılıb. Hazırda o dindirilir.

AzVision.az



Teqlər: Moskva  





Xəbər lenti