Bərdədə üç otaqlı ev yanıb

Bərdədə üç otaqlı ev yanıb
  05 May 2024    Oxunub:593
Bərdə rayonunda yanğın hadisəsi baş verib.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, Bərdə rayonunun Samux kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti