"Monte-Karlo Əfsanələri" ilk dəfə Sea Breeze-də

   "Monte-Karlo Əfsanələri" ilk dəfə Sea Breeze-də
  03 May 2024    Oxunub:899
Sea Breeze-də ilk dəfə Sirk Oskar mükafatçısı Allahverdi İsrafilovun təşkilatçılığı ilə iyunun 1-dən "Monte-Karlo Əfsanələri" adlı beynəlxalq sirk proqramı başlayır.
AzVision.az xəbər verir ki, şounun ilk günü xeyriyyə məqsədi ilə valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil olunacaq.

Bu sirk proqramında tamaşaçılar Monte-Karlonun beynəlxalq sirk festivalın artistlərinin sayəsində sehr dünyasına qərq olunacaqlar. Akrobatların, hava gimnastların və hoqqabazların fantastik hərəkətləri, klounların gülməli tamaşaları, dünyanı fəth edən Qarabağ atları və İgidləri hamını heyran edəcək.

Möhtəşəm şounun bir hissəsi olmaq üçün bu unikal şansı qaçırmayın. Özünüzə və yaxınlarınıza unudulmaz anlar bəxş edin.

Biletləri şəhərin bütün kassalarından və ya onlayn iticket.az saytından əldə edə bilərsiniz.

AzVision.az


Teqlər:





Xəbər lenti