NATO 1945-ci ildən sonra ən böyük təlimini keçirir

NATO 1945-ci ildən sonra ən böyük təlimini keçirir
  03 May 2024    Oxunub:561
NATO-nun mayın 5-dən 25-dək Rumıniyada təşkil edəcəyi "Swift Response 24" təlimi Avropanın ən böyük hava-desant əməliyyatlarından biri olacaq.
Xarici KİV-in yaydığı məlumata görə, hərbi manevrlərdə Fransa, Almaniya, Rumıniya, İspaniya, ABŞ və Hollandiyadan 2000-dən çox desant qüvvəsi iştirak edəcək.

Qeyd edilir ki, təlimin Rumıniya ərazisində həyata keçiriləcək hissəsində NATO-nun yeddi üzvü və tərəfdaşlarından ümumilikdə 5 minə yaxın hərbi qulluqçu və 320 texnika cəlb olunacaq. Təlim ssenarisinə görə, onlar tutulan hərbi baza üzərində nəzarəti bərpa etməli, hava üstünlüyünü ələ keçirməli və genişmiqyaslı desant əməliyyatı reallaşdırmalıdırlar.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti