"Türkiyə İsrailə qarşı ticarət sanksiyalarına əməl edəcək" - Nazir
03 May 2024
Oxunub:606
"Türkiyə Qəzzada dərhal atəşkəs elan edənə və bölgəyə humanitar yardımın maneəsiz çatdırılmasını təmin edənə qədər İsraillə ticarəti dayandırmaq barədə mayın 2-də qəbul edilmiş qərara əməl edəcək".
AzVision.az xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömər Bolat Türkiyə İxracatçılar Məclisinin iclasında deyib. O bildirib ki, ölkəsi mayın 2-də qəbul edilmiş qərara əməl edəcək.
Qeyd edək ki, Türkiyə və İsrail arasında cümə axşamından etibarən bütün idxal və ixrac prosesləri dayandırılıb.