Çin Ayın görünməyən tərəfinə missiya göndərəcək

   Çin Ayın görünməyən tərəfinə missiya göndərəcək
  03 May 2024    Oxunub:544
Çin mayın 3-də Ayın görünməyən tərəfinə kosmik missiya göndərəcək.
Bu barədə “The Guardian” yazıb. Qeyd olunub ki, bu, 2030-cu ilə qədər Ayın səthinə insan endirmək məqsədinin bir hissəsi kimi yaxın illərdə planlaşdırılan üç missiyadan birincisidir. Ekipajsız “Chang'e-6”-ın cümə günü işə salınması gözlənilir. Lakin missiya Çinin əzəli rəqibi ABŞ-da Pekinin geosiyasi niyyətləri ilə bağlı narahatlıqları da artırıb. NASA artıq buraxılışı yeni “kosmik yarış” adlandırıb. Qeyd edək ki, NASA-nın Çinlə birbaşa və ya dolayısı ilə hər hansı əməkdaşlıq etməsi ABŞ qanunlarına görə qadağan edilib.

Yerlə birbaşa görüş xətti olmayan “Chang'e-6” missiyası 53 gün ərzində Ayın orbitində yeni yerləşdirilmiş “Relay” peykinə istinad edəcək. Həmin peyk Çinin su əlamətləri tapmaq üçün Cənub qütbünü kəşf etməyə və Rusiya ilə ibtidai forpost tikməyə başladığı vaxt, müvafiq olaraq, 2026-cı və 2028-ci illərdə ekipajsız “Chang'e-7” və “Chang'e-8” missiyalarını dəstəkləyəcək.

Xatırladaq ki, Çin 2020-ci ildə Ayın yaxın tərəfindən nümunələri Yerə gətirib və ilk dəfə olaraq ekipajsız kosmik gəmini Ayın səthindən Yerə təhlükəsiz şəkildə qaytara bilib. Bütövlükdə Çin 2030-cu ilə qədər öz astronavtlarını Aya yerləşdirməyi hədəfləyir.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər:





Xəbər lenti