Qəbul imtahanına qeydiyyat bu gün başa çatır

Qəbul imtahanına qeydiyyat bu gün başa çatır
  06 May 2024    Oxunub:821
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin I cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu başa çatır.
Dövlət İmtahan Mərkəzindən AzVision.az -a verilən xəbərə görə, abituriyentlər bu gün 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.

6 may saat 09:00-a olan məlumata əsasən I ixtisas qrupu üzrə 29230, II qrup üzrə 23163, III qrup üzrə 24499, IV qrup üzrə isə 5804 abituriyent elektron ərizəsini təsdiq edib.

AzVision.az


Teqlər: imtahan   DİM  





Xəbər lenti