"Sərhədçi" hesabı bərabərləşdirib

"Sərhədçi" hesabı bərabərləşdirib
  03 May 2024    Oxunub:975
Azərbaycan Basketbol Liqasında növbəti pley-off oyunu keçirilib.
AzVision.az xəbər verir ki, 1/4 final mərhələsində "Sərhədçi" və "Xəzri" komandaları seriyanın ikinci matçına çıxıb.

Görüş birincilərin 71:64 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, "Sərhədçi" seriyada ümumi hesabı (1-1) bərabərləşdirib.

Komandalar arasında seriyanın III oyunu mayın 5-i saat 19:30-da baş tutacaq.

AzVision.az


Teqlər: idman   basketbol  





Xəbər lenti